Ölkə başçısı ilin idman yekunlarında kimləri mükafatlandırdı?

Bu gün milli olimpiya komitəsində ilin idman yekunları olub. Allsport.az saytı xəbər verir ki, ölkə başçısı İlham Əliyev mərasimdə iştirak edib. Prezident tədbirdə çıxış edib. Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Dövlət idmanın inkişafında xidmətlərinə görə Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə və Ramiz Hacıyevə prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim edib.

Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Paşa Əliyev, Tərlan Həsənov, Şahlar Mustafayev, Azər Həsənov, İqdam Ələkbərov, Tofiq HeydərovBöyükağa Ağayev “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, idman səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Natiq ƏliyevEmiliya Hüseynovaya “Əməkdar həkim”, Rəşad Cavadova isə “Əməkdar jurnalist” fəxri adlarının vəsiqələri təqdim olunub.

Azərtac.az-ın məlumatına görə, tədbirdə Pərviz Tağıyev, Ramiz Quliyev, Nazim Səmədov, Orxan Qəribov, Yalçın Qaralı, Şahin Mahmudov, Nadir ƏzizovRamil Əhmədov MOK prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə – Salman Əlizadə, Bəhram Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov, Ramiz Ramizzadə, Bəhruz Salehli, Səbinə Məmmədova, Elxan Süleymanov, Səid Quliyev, Əbülfəz Məmmədov, Rəşad Əbdürrəhmanov, Vladislav Qədirov, Anar Allahverdiyev, Xanım Balacayeva, Kərim Sərdarov, Emil Həsənov, Kamil Qafarov, Ceyhun Hüseynov, Asiman Qurbanlı, Cabbar Mustafayev, Faiq Quliyev, Şahbandlu RəcəbzadəSəməd Qurbanova yeni mənzillərin orderlərini təqdim edib.

Həmin kateqoriyadan