Ölkə birinciliyində 2-ci yer tutan “Arpaçay”, bu günlərdə “Zəfər” milli mükafatına layiq görülüb

Ölkənin aparıcı karate klublarından olan “Arpaçay” yeni uğurlara yetişməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, bu yaxınlarda 2-ci Vətən müharibəsində Zəfərin ildönümünə milli karate federasiyasının yeniyetmələr və gənclər arasında 21-ci respublika birinciliyində quruma üzv olan klublar arasında “Arpaçay”ın 2-ci yer qazanması buna sübutdur.

Bununla yanaşı, klub bu günlərdə “Ma Media Group” tərəfindən “Zəfər” milli mükafatıına layiq görülüb. “Arpaçay”ın prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, adı çəkilən yarışda klubun idmançıları 8 qızıl, 4 gümüş, 7 bürünc medala sahib çıxıblar:

“Son çempionatda klubun 19 medalla respublika üzrə ikinci olması böyük nailiyyətdir. Bu günlərdə keçirilən XI dünya şotokan çempionatında da klubumuz həm kata, həm də kumite yarışlarında fərqləniblər.

Dekabrın sonunda açıq paytaxt çempionatı – “Olimpiya ümidləri” keçirmək niyyətindəyik. Pandemiyaya görə ötən il baş tutmayan ənənəvi “Arpaçay open” beynəlxalq turniri ilə bağlı hazırlıqlarımızı da davam etdiririk”.    

Həmin kateqoriyadan