Ölkə çempionatında hansı karate məktəbi 1-ci olub?

Bakı İdman Sarayında uşaqlar arasında 1-ci, yeniyetmə və gənclərdə 18-ci, ustalarda 25-ci Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda müxtəlif bölgələri təmsil edən 550-dək idmançı iştirak edib.

Yekunda 16 qızıl, 10 gümüş və 15 bürünc medalla Mərkəzi Karate Məktəbi 1-ci yeri tutub. 12 ildir ardıcıl ümumi nəticənin öndəri olan “Qara Qaplan” klubu 14 qızıl, 10 gümüş və 16 bürünc mükafatla 2-ci, “Arpaçay” karate klubu 6 qızıl, 1 gümüş və 5 bürünc medalla 3-cü yerləri tutublar.

Həmin kateqoriyadan