Ölkəmizdə kapoeyranın inkişafına diqqət və qayğı göstərilir

Azərbaycanda idmanın digər növləri kimi, kapoeyranın da inkişafına diqqət və qayğı göstərilir. Bakıda 10-dan çox, regionlarda isə 20-dən artıq klub və nümayəndəliklər fəaliyyət göstərir. Allsport.az saytı xəbər verir ki, 20-dən çox məktəbdə, ondan artıq uşaq bağçasında kapoeyra dərsləri keçirilir. Bu barədə Kapoeyra federasiyasının prezidenti Taleh Orucovun Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) prezidenti seçilməsi ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verib.

Toplantıda Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Kikboksinq federasiyasının prezidenti Adil Əliyev, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Güləş federasiyasının vitse-prezidenti Namiq Abdullayeb, Taekvondo federasiyasının vitse-prezidentləri Füzuli Musayev və Niyaməddin Paşayev, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Həmin kateqoriyadan