Ölkəmizin olimpiya oyunları tarixində ən zəif göstəricisi

Tokio-2020-də millimiz (3 gümüş və 4 bürünc) 67-ci yer tutub.

Allsport.az saytı xəbər verir ki, bu, ölkəmizin olimpiya oyunları tarixində ən zəif göstəricisidir. Səbəb, qızıl medal qazanılmamasıdır.

Azərbaycanın müstəqil çıxış etdiyi ilk olimpiadada, Atlanta-1996-da belə, nəticə bundan yaxşı olub: 61-ci yer!

339 mükafat dəstinə 93 ölkə yiyələnib. Onlardan 65-i çempionluq sevinci yaşayıb.

“Dördillik”də ən yüksək göstərici London-2012-dir. O zaman komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medalla, 79 fərqlənən məmləkət arasında 30-cü yer tutub.

Həmin kateqoriyadan