Ölkənin usta taekvondoçuları gələn ay öz aralarında ən güclüləri seçəcəklər

25-27 dekabrda “Sərhədçi” Olimpiya-İdman Mərkəzində usta taekvondoçular arasında ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandalar qatılacaqlar. Fəxri yerləri tutan idmançılar və komandalar ATF tərəfindən diplom və medallarla təltif olunacaq.

Çempionat Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, böyüklər arasında kişilər və qadınlar üzrə yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, ATF mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

Turnirin keçirilməsinə bilavasitə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edəcək. “Daeodo” international taekvondo sistemi ilə keçiriləcək və “video təkrar” sistemi tətbiq olunacaq çempionatda ATF-yə üzv idman bölmələrində məşğul olan və müvafiq hazırlığa malik idmançılar mübarizə aparacaqlar.

Həmin kateqoriyadan