- Baxış sayı: 19
- 10 İyul 2026 19:44
- Baxış sayı: 96
- İyul 10, 2026
- 0

Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın 1/4 final mərhələsində Mərakeş üzərində qazanılan qələbəni (0:2) şərh edib.
Allsport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis ciddi maneəni dəf etdiklərini deyib:
”Çətin oyun idi. Penaltidən yararlana bilmədik və bir neçə qol epizodunu əldən verdik. Mbappe ilə bağlı heç bir problem yoxdu. O, qol vurmazdan əvvəl də fürsəti olmasına baxmayaraq, heç vaxt şübhə etmir. Məhz olmaq istədiyimiz yerdəyik. İndi yaxşıca bərpa olunacağıq və rəqibimizin kim olacağını gözləyəcəyik. Fransada hazırda necə bir coşqu və həyəcanın hökm sürdüyünü təsəvvür edirəm. Biz bunun üçün buradayıq. Oyunçuların borcu mümkün qədər irəli getmək üçün əllərindən gələni etməkdir. Ciddi bir maneəni dəf etdik”.
Fransa millisi dünya çempionatının yarımfinalında İspaniya – Belçika cütünün qalibi ilə üz-üzə gələcək.