Onan 5 illik müqavilə imzalayıb

“Mançester Yunayted” və “İnter” nəhayət ki, Andre Onanın transferi ilə bağlı razılığa gəliblər.

Allsport.az xəbər verir ki, sövdələşmə 55 milyon avro təşkil edəcək. Klublar ötən gecə yekun razılığa gəliblər.

Bir müddət əvvəl Andre artıq “qırmızı şeytanlar” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmışdı – o, mövsümün uzadılması variantı ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq.

Həmin kateqoriyadan