Onana 50 milyona “İnter”dən getdi

Onana 50 milyona “İnter”dən getdi

“Mançester Yunayted” “İnter”in qapıçısı Andre Onananı transfer edib.

Allsport.az xəbər verir ki, tərəflər arasında müqavilə daha bir mövsüm uzadılmaq imkanı ilə 5 il müddətinə nəzərdə tutulub.

Transfer məbləğinin 50 milyon avro olacağı bildirilib.

27 yaşlı Onana futbolçu karyerasına vətənində Kamerunda başlayıb, 2010-cu ildə isə “Barselona”ya keçib. 2015-ci ildə “Ayaks”a keçib, 2022-ci ilin yayında isə “İnter”lə müqavilə imzalayıb.

Həmin kateqoriyadan