Onanın keçidi tamamlanır

“İnter”in qapıçısı Andre Onan karyerasını “Mançester Yunayted”də davam etdirəcək. 

Allsport.az xəbər verir ki, klublar transfer müqaviləsini bağlayıb. Tezliklə futbolçu tibbi müayinədən keçəcək.

Onanın “qırmızı şeytanlar” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər davam edəcək. İngiltərə klubunun futbolçu üçün 50 milyon avro ödəyəcəyi gözlənilir.

27 yaşlı qapıçı karyerasına vətənində Kamerunda başlayıb, 2010-cu ildə isə “Barselona”ya keçib. 2015-ci ildə “Ayaks” la, 2022-ci ilin yayında isə “İnter”lə müqavilə imzalayıb.

Həmin kateqoriyadan