Öncə Fransa millisi, sonra “Milan” klubu Jurunu qapıçılar siyahısına salaraq, onunla məzələndi

“Milan” klubu hücumçu Olivye Jiru ilə lağ edib. Allsport.az saytı xəbər verir ki, “rossonerilər” forvardın profilini saytdakı qapıçılar bölməsinə köçürüb.

O, “A” seriyasının 8-ci turunun “Cenoa” ilə oyununda (1:0) əsas vaxtın 9-cu dəqiqəsində Mayk Maynanın qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra, qapıda dayanmaq məcburiyyətində qalıb. Hücumçu seyv edə bilib, bunun sayəsində 104-cü dəqiqədə komandasını qoldan xilas edib.

Fransa millisi oktyabrda keçiriləcək oyunların heyətini açıqlayarkən, Jirunu da qapıçılar siyahısına salmaqla, onu məsxərəyə qoyub.

Həmin kateqoriyadan