Öncə “Kəpəz” – “Qarabağ”, sonra “Şah oyun”!

Bu gün Topaz Premyer Liqasında 5-ci turun növbəti oyunları keçirilir. Allsport.az xəbər verir ki, ikinci oyun günündə də iki görüş baş tutacaq.

Öncə “Kəpəz” son ölkə çempionu “Qarabağ”ı qəbul edəcək. Günün digər oyununda isə “Neftçi” ilə “Xəzər Lənkəran” münasibətlərinə aydınlıq gətirəcək.

Topaz Premyer Liqası
5-ci tur
20 sentyabr

16:30. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev.
Gəncə şəhər stadionu.

21:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov.
Bakı. “Bakcell Arena”.

Turun digər oyunları: AzAL – “İnter” – 0:1, “Zirə” – “Rəvan” – 2:1.

Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Həmin kateqoriyadan