- Baxış sayı: 36
- 03 Avqust 2026 23:33
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines, 41 yaşlı Kriştianu Ronaldunun millidən təqaüdə çıxmağı düşünmədiyini deyib. Allsport.az saytı xəbər verir ki, 41 yaşlı hücumçu medal boğçasında olmayan yeganə böyük qəniməti qazanmaq ümidi ilə 6-cı Dünya Kubokuna hazırlaşır:
“Kapitanımız etdiyi hər şeydə nümunədir. O, milli komandaya kömək etmək üçün günün 24 saatını sərf edir. Kapitan və digər oyunçular gələcək haqqında düşünmürlər. Nə baş verə biləcəyini bilmirik: zədələr baş verə bilər və oyunçuların nəzarətindən kənar qərarlar var.
Əsas diqqət məşqə, ən yaxşı olmağa, hədəflərini həyata keçirməyə və millinin geyimini geyinməkdən qürur duymağa yönəlib. Onun göstərdiyi nümunə budur. Onun yeganə məqsədi sabah daha yaxşı olmaq üçün bundan istifadə etməkdir”.