“Onun “İnter Mayami”də xoşbəxt olduğunu görürəm”

“Barselona”nın idman direktoru Deky, “İnter Mayami”nin hücumçusu Lionel Messiyə münasibətindən danışıb. Allsport.az saytı xəbər verir ki, o, arhentinalı futbolçunun ABŞ klubunda xoşbəxt olduğunu deyib:

“Leo mənim dostumdur. Mən onu çox sevirəm. İndi uzaqda olduğu üçün onunla daha az ünsiyyət qururam. Biz hamımız onunla müqavilə bağlamaq istəyirdik, lakin hamıya məlum olan səbəblərə görə bu, mümkünsüz oldu.

O, klub tarixinin ən yaxşı futbolçusudur. Onun “İnter Mayami”də xoşbəxt olduğunu görürəm. “Barselona” azarkeşi və Leonun pərəstişkarı kimi ona ən yaxşısını arzulayıram”.

Messi keçən yay “İnter Mayami”yə keçib. 36 yaşlı argentinalı iləanlaşmanın müddəti 2025-ci ilə qədərdir.

Həmin kateqoriyadan