- Baxış sayı: 125
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

İngiltərənin “Arsenal” futbol klubunun hücumçusu Ris Nelson komandadan ayrılıb.
Allsport.az xəbər verir ki, tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər.
“Arsenal”ın yetirməsi olan 26 yaşlı futbolçunun “topçular”la müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu. Anlaşmada müqavilənin müddətini 2028-ci ilə qədər uzatmaq imkanı da yer alırdı.
Nelson London təmsilçisi ilə İngiltərə kubokunu və iki dəfə İngiltərə superkubokunu qazanıb.