Orxan Sadıqlı: “Böyük hesabla uduzacağımızı gözləmirdik”

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun qolkiperi 0:6 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Belə böyük hesabla uduzacağımızı gözləmirdik. Amma hamıya məlumdur ki, FİFA-nın çıxardığı qərar heyətimizə ciddi təsir etdi. Rəqib bizimlə müqayisədə Avropa Liqasında çıxış edir, güclü heyəti var. Baş məşqçimizi də belə əsəbi, çətin durumda görmək istəməzdik. Bu məğlubiyyəti unudub, növbəti matçlarda daha diqqətli olmalı, dekabra qədər bacardıqca az xal itkisi ilə üzləşməliyik”.

Həmin kateqoriyadan