Özbəkistan futbolçuları DÇ-də Kolumbiya ilə oyunundan sonra soyunma otağını təmizləyib – FOTO

Özbəkistan millisinin üzvləri Dünya Kubokunda debüt oyunundan sonra soyunub-geyinmə otağını təmizləyiblər. Allsport.az saytı xəbər verir ki, ilk görüşdə türküstanlılar Kolumbiyaya 1-3 yenilsə də, rəqibə ciddi müqavimət göstərib və yalnız təcrübəsizlik geridə qalıb.

Mexiko şəhərində “Azteka” stadionunda soyunub-geyinmə otağında lövhədə “Çox sağ ol, Meksika! Dünya Kubokunda uğurlar! Rəhmət! (Təşəkkür edirəm)” yazılıb.

Özbəkistan seçməsinin növbəti oyunu 23 iyunda Hyustonda Portuqaliyaya qarşı olacaq.

Həmin kateqoriyadan