Pənah İlyaslıdan gümüş medal

Bu gün Qətərin paytaxtı Dohada dünya çimərlik oyunlarında güləş yarışına start verilib. Allsport.az xəbər verir ki, Kənan Əliyev (90 kq) qrupda gürcü Dato Marsaqişvili (0:3), portuqaliyalı Rafael Da Silva (0:3) və pakistanlı Məhəmməd İnama (1:3) məğlub olaraq mübarizəni dayandırıb. Güləşçimizin təsəllisi türk Murad Özqan (3:0) üzərində qazandığı qələbə olub.

Ancaq 70 kq-da Pənah İlyaslı startda gürcü Levan Kelexsaşviliyə (0:1) uduzsa da, braziliyalı Viktor Dos Santos (4:1), ukraynalı Semyon Radulov (1:0) və qətərli Abdulrəhman İbrahimə (3:0) qalib gələrək yarımfinala yüksəlib. Rumıniyalı Stefan Yonut Komanı da 3:0 hesabıyla üstələyən həmyerlimiz adını finala yazdırıb. Güləşçimiz finalda yenidən Kelexsaşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə eyni hesabla uduzan Pənah gümüş medala sahib çıxıb.

Qeyd edək ki, sabah İbrahim Yusubov (80 kq) və Oyan Nəzərili (+90 kq) mücadiləyə qoşulacaq. 

Həmin kateqoriyadan