- Baxış sayı: 38
- 11 Avqust 2026 17:19
- Baxış sayı: 128
- Avqust 11, 2026
- 0

“Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev (77 kq) növbəti döyüşünü keçirib. Allsport.az xəbər verir ki, o, İstanbulda təşkil olunan “Akın döyüş arenası”nın iştirakçısı olub.
İdmançımız braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə qarşılaşıb. Təmsilçimiz “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşmada cənubi amerikalı rəqibini məğlubiyyətə uğradıb.
Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən Abdullayevin 50-ci qələbəsi olub.