Paraqvay millisinin üzvü “Lill”də

Paraqvay millisinin üzvü “Lill”də

Fransanın “Lill” klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Allsport.az xəbər verir ki, liqa-1 təmsilçisi Argentinanın “San Lorenso” komandasından Orlando Gili transfer edib.

26 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.

Gil Paraqvay millisinin heyətində dünya çempionatında çıxış edib. O, mundialda sərgilədiyi performansla Avropa klublarının diqqət mərkəzinə düşmüşdü.

Orlando karyerası ərzində ilk dəfə Cənubi Amerikadan ayrılıb. O, 2019-cu ildən “San Lorenso”da forma geyinirdi.

Həmin kateqoriyadan