Paris klubu Mbappeni itirmək istəmir

PSJ hücumçusu Kilian Mbappeyə yeni uzunmüddətli müqavilə təklif edib. 

Allsport.az xəbər verir ki, paytaxt klubu hücumçuya 10 illik müqavilə təklif edib və bu müqaviləyə görə o, 1 milyard avro qazanacaq.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir. 

Daha əvvəl futbolçunun azad agent kimi getməsinin PSJ-də ciddi maliyyə problemlərinə səbəb ola biləcəyi bildirilimişdi. 

Bundan əvvəl hücumçu kluba məktub göndərib və komanda ilə müqaviləni yeniləməyəcəyini bildirib.

“Real” Mbappe üçün əsas namizəd hesab olunur.

Ötən mövsüm Kilian Fransa təmsilçisi ilə ölkə çempionu olub və turnirin bombardiri olub (29 qol). O, həmçinin liqa 1-in ən yaxşı oyunçusu seçilib.

Həmin kateqoriyadan