Paytaxt derbisində “İnter” “Neftçi”dən güclü oldu

Bu gün Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

İlk turda məğlubiyyətlə üzləşmiş son mövsümün gümüş mükafatçısı “İnter” paytaxt derbisində “Neftçi” ilə üz-üzə gəlib.

Qarşılaşmada hesab ilk yarının sonlarında açılıb. Matçdakı yeganə qolun müəllifi isə “Neftçi”nin sabiq, “İnter”in yeni futbolçusu Denis Silva olub. O, keçmiş komandası üzərində vacib qələbədə əsas pay sahibinə çevrilib. Derbi həm də hər iki komandadan bir futbolçunun meydandan qovulmasıyla yadda qalıb.

Topaz Premyer Liqası
2-ci tur
17 avqust

21:00. “İnter” – “Neftçi” – 1:0 (1:0)
Qol: D.Silva, 45 (1:0).
Qırmızı vərəqə: X.Alberto, 16. İ.Qırtımov, 79.
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev.
Bakı. “İnter Arena”.

İnter”: 25. Səlahət Ağayev (k), 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 18. Mənsur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 2. Sərtan Taşkın, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 17. Mirsahib Abbasov, 20. Yuri Fomenko, 39. Elnur Süleymanov.
Baş məşqçi: Zaur Svanadze.
Neftçi”: 1. Aqil Məmmədov, 5. Xuan Alberto, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Kamal Qurbanov.
Baş məşqçi: Samir Əliyev.

Turun digər oyunları: “Rəvan” – “Qarabağ” – 1:2, AZAL – “Qəbələ” – 0:2, “Sumqayıt” – “Xəzər Lənkəran” – 1:1, “Kəpəz” – “Zirə” – 1:1.

Həmin kateqoriyadan