Bakı UEFA-nın şərtini qəbul etdi

AVRO-2020-yə ev sahibliyi etməli olan 12 şəhər stadionlara azarkeşlərini buraxmağa razıdır. Allsport.az xəbər verir ki, ev sahibi şəhərlər bununla bağlı UEFA-ya məlumat verib.

Şəhərlərin bir hissəsi stadionun tutumunun 10 faizinə qədər tamaşaçı qəbul etməyə hazırdır. UEFA isə bu rəqəmin 20 faiz olmasını istəyir. Aprelin 20-də keçiriləcək konqresdə yekun qərarın veriləcəyi gözlənilir.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun – 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Həmin kateqoriyadan