- Baxış sayı: 24
- 05 May 2026 20:02
- Baxış sayı: 123
- May 04, 2026
- 0
Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq. Allsport.az xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə Bakı olimpiya stadionunda Çex Respublikası və Danimarka milliləri qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.
Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.