Pekin İdman Universitetinin azərbaycanlı tələbəsi fitnes-model yarışında 2-ci yer tutub

Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov Çində tələbələr arasında keçirilən 13-cü bodibildinq və fitnes-model çempionatında gümüş medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, ölkənin 150-dən çox universitetindən təxminən 500 tələbənin qatıldığı yarışda, həmyerlimiz fitnes-modeldə “A” qrupunda 30 həmkarından üstün olaraq yarımfinala keçib.

Burada da onun bədən göstəriciləri hamıdan yaxşı olun. Final mərhələsindəSadiq Həsənov 2-ci yerlə kifayətlənib. Bu, həmvətənimizi ilk uğuru deyil. O, bir neçə dəfə belə yarışda mükafat qazanıb.

Həmin kateqoriyadan