Pekin qış oyunlarında 24 yeni yoluxma halı

Pekin qış oyunlarında 24 yeni yoluxma halı

Çin rəsmiləri Pekin olimpiadasına gələn insanlar arasında daha 24 nəfərin koronavirusa yoluxduğunu bəyan edib. Allsport.az saytı xəbər verir ki,  yanvarın 31-də ölkəyə səfər edən 1438 nəfərin 24-də virusa yoluxma halı aşkarlanıb.

Fevralın 4-dən 20-dək keçiriləcək “ağ oyunlar”da 90 ölkədən təxminən 3 min idmançı iştirak edəcək. Bəzi ölkələr ilk dəfə qatılacaq. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.

Pekin-2022-də medal dəstlərinin sayına görə ən böyük qış oyunları olacaq.

Həmin kateqoriyadan