“Peleni ötməyi heç ağlıma da gətirməzdim”

Dünya çempionatı-2026-nın təstifatında Braziliya millisi öz meydanında Boliviyaya 5:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, bu mübarizədə Neymar 2 dəfə fərqlənməklə, keçirdiyi 125 matçda qollarının sayını 79-a çatdırıb və bununla da əfsanəvi Peleni ötüb. “Futbol kralı”nın 91 oyunda 77 qolu var.

“Çox xoşbəxt. Bu rekorda nail olacağımı heç ağlıma da gətirməzdim, amma qollarda Peleni üstələmək o demək deyil ki, mən ondan və ya millinin hansısa oyunçusundan üstünəm. Mən həmişə öz adımı Braziliya futbolunun və millinin tarixinə yazmaq istəmişəm. Bu gün bunu bacardım. Ailəmə və burada olan bütün dostlarıma çox minnətdaram”, – “Əl-Xilal”ın hücumçusu deyib.

Həmin kateqoriyadan