- Baxış sayı: 80
- 15 İyun 2026 14:11
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Aprelin 26-da Polşanın Radom şəhərində Avropa kata turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışda Azərbaycanı 6 cüdoçu təmsil edəcək. İdmançılar “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.
Turnirdə 13 ölkədən 92 cüdoçu (61 kişi, 31 qadn) mübarizə aparacaq.
Nage-no-kata
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
Natiq Qurbanlı – tori
Elçin Mayılov – uke
Katame-no-kata
Rafiq Nəcəfov – tori
Seymur Məcidli – uke