- Baxış sayı: 37
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba Səudiyyə Ərəbistanı klubları ilə maraqlansa da, növbəti transfer dövründə klubundan ayrılmaq niyyətində deyil.
Allsport.az xəbər verir ki, buna səbəb futbolçunun 2024-cü ildə keçiriləcək Avropa çempionatı üçün Fransanın heyətində yer almaq istəyidir.
30 yaşlı futbolçu çempionatdan sonra “Yuventus”dan ayrılacağını deyib.
Bundan əvvəl Poqbanın Səudiyyə Ərəbistanına və “Əl İttihad” futbol klubunun təlim-məşq bazasına səfər etdiyi məlum olub.
Daha sonra, səfərin futbolla bağlı olmadığı, Poqbanın şəxsi və dini səbəblərə görə həftəsonunu orda keçirdiyi bildirilib.
Səudiyyə Ərəbistanında ona 3 il ərzində 100 milyon avroluq müqavilə təklif olunub.