- Baxış sayı: 47
- 28 İyul 2026 12:55
- Baxış sayı: 86
- İyul 26, 2026
- 0

Oğlanlardan ibarət Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatının “B” divizionunda növbəti qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən yarışın qrup mərhələsində yığmamız Portuqaliya seçməsi ilə üz-üzə gəlib.
İlk yarını məğlub başa vuran komandamız ikinci hissədə geridönüş edərək 52:50 hesablı qələbəyə sevinib.
Millimizin üzvü Emanuel Aqbason 18 xal və 12 ribaundla qarşılaşmanın ən dəyərli basketbolçusu (MVP) seçilib.
Azərbaycan yığması 4 turdan sonra 2 qələbə və 2 məğlubiyyətlə qrupda 3-cü pillədə qərarlaşıb. Komandamız son oyununu iyulun 29-da Bakı vaxtı ilə saat 20:00-da Çex Respublikasına qarşı keçirəcək.