Portuqaliyada çıxış edəcək

Portuqaliyada çıxış edəcək

Portuqaliyanın “Portu” klubu Fransanın “Renn” komandasının yarımmüdafiəçisi Seku Fofananı icarəyə götürüb.

Allsport.az xəbər verir ki, Fildişi Sahili millisinin 31 yaşlı futbolçusu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Futbolçu 2025-ci ildən “Renn”də çıxış edir və onun Fransa klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

Yarımmüdafiəçi 2025/2026 mövsümündə liqa-1-də keçirdiyi 12 matçda 1 qol vurub, Avropa liqasında isə 4 oyunda meydanda olsa da, məhsuldar göstərici ilə fərqlənməyib.

Seku Fofana karyerası ərzində Səudiyyə Ərəbistanının “Əl-İttifaq”, “Əl-Nəsr”, Fransanın “Lans”, “Bastiya”, “Loryan”, İtaliyanın “Udineze”, İngiltərənin “Fulhem” və “Mançester Siti” komandalarında forma geyinib.

Həmin kateqoriyadan