“Potensialımız daha çoxdur”

“Potensialımız daha çoxdur”

Misli premyer liqasının 1-ci turunda “İmişli” ilə qarşılaşan “Araz-Naxçıvan”ın məşqçisi Cavid Hüseynov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, komandasının hazırlıq prosesindən və qarşıdakı oyunlardan danışıb:

“Yeni mövsümün başlanması münasibətilə futbol ictimaiyyətini təbrik edirəm. Oyunun çətin keçəcəyini bilirdik. Çünki hazırlıq müddətimiz 6 deyil, 5 həftə oldu. Ümumilikdə futbolçularımın mübarizə əzmindən razı qaldım. Potensialımız daha çoxdur. Məşq prosesində bunu inkişaf etdirib, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

Qarşıda bizi çətin oyunlar gözləyir. Ümumiyyətlə, çempionatımız maraqlı keçəcək.

Rəhbərliyin dəstəyini hiss edirik. İstədiyimiz futbolçuların transferi üçün hər cür şərait yaratdılar. Buna görə də təşəkkür edirik”.

Həmin kateqoriyadan