- Baxış sayı: 21
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 270
- Oktyabr 25, 2026
- 0

İngiltərənin “Nyukasl” klubu Fransanın “Monako” komandasının futbolçusu Alaci Bambanı transfer edib.
Allsport.az xəbər verir ki, 20 yaşlı fransalı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
“Transfermarkt” portalı oyunçunun dəyərini 35,5 milyon avro qiymətləndirir. O, yeni komandasında 8 nömrəli formanı geyinəcək.
Bamba “Monako”nun əsas komandasında 2025-ci ilin avqustunda debüt edib. Futbolçu həmin vaxtdan etibarən bütün turnirlərdə 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.