Premyer Liqamız qalmaqalla başladı: “Kəpəz”in avtobusunu bu hala saldılar

Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilmiş “Neftçi” – “Kəpəz” matçından sonra qalmaqal yaranıb. Allsport.az xəbər verir ki, qarşılaşma bitəndən sonra meydan sahiblərinin fanatları qonaq komandanın avtobusuna xəsarət yetirib.

Belə ki, avtobusa hücum edən “ağ-qaralı” fanatlar ona çoxlu daş və başqa yad əşyalar atıblar. Atılan daşlardan biri isə avtobusun şüşəsini qırıb.

Yeri gəlmişkən, artıq paytaxt klubu bu hadisə ilə bağlı dərhal kiçik açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik: “Neftçi” – “Kəpəz” oyunundan sonra “Kəpəz” klubunun avtobusunun şüşəsi sındırılıb. “Neftçi” PFK olaraq bu hadisəni qəti şəkildə pisləyirik”.

Həmin kateqoriyadan