Premyer Liqada 6-cı tura start verilir

Bu gün Topaz Premyer Liqasında 6-cı tura start verilir. Allsport.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.

Turun açılış matçında “İnter” “Kəpəz”i qəbul edəcək. Günün digər matçı “Rəvan”la “Qəbələ” arasında baş tutacaq.

Topaz Premyer Liqası
6-cı tur
25 sentyabr (cümə)

19:00. “İnter” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov.
Bakı. “İnter Arena”.

20:00. “Rəvan” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
Bakı. “Bayıl Arena”.

Turun digər oyunları: 26 sentyabr (“Sumqayıt” – AZAL, “Qarabağ” – “Neftçi”). 27 sentyabr (“Xəzər Lənkəran” – “Zirə”).

Bombardir:
3 – Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)

Həmin kateqoriyadan