- Baxış sayı: 34
- 20 Avqust 2026 13:30

- Baxış sayı: 73
- Avqust 20, 2026
- 0


UEFA konfrans liqasının pley-off mərhələsinin “Tvente” ilə Niderlandda keçiriləcək ilk oyunu ərəfəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini bildirib:
“Çox vacib səfərə çıxırıq. Ilk oyunu səfərdə köhnə tanış komandaya qarşı keçirəcəyik. Çox yaxşı stadionda yaxşı azarkeş dəstəyi olan rəqiblə qarşılaşacağıq. Bizim ilk xoş xatirələrimiz həmin stadiondadır. İnanıram ki, futbolçular yenə də belə yaxşı nəticə üçün çalışacaqlar. Problemlərimiz var, hazırlaşmğa da o qədər vaxtımız olmadı. Fikrimiz çempionat oyununda oldu. Bir az gərgin qrafikdə çalışdıq. Futbolçuların hamısı ilə birlikdə normal məşq edə bilmədik. Bu gün futbolçuların istirahət günüdür, sabah səhər məşqində komandanı oyuna tam hazırlamağa çalışacağıq. Problemləri nəzərə almasaq, fikrimizi tam oyuna kökləmişik. İnanıram ki, futbolçuların təcrübəsi düzgün oyun qurmağa, özlərini oyunda düzgün idarə etməyə kifayət edəcək”.
Baş məşqçi “Tvente” haqda da fikirlərini bildirib:
“Bəlkə biz o dönəmdə indikindən daha yaxşı idik. Oyunçuların zədəli olduqlarına görə bu fikri bildirirəm. Bəlkə də həmin vaxt daha hazırlıqlı, daha çox istəkli idik. Amma “Tvente” bu gün çox kombinasiyalı futbol oynayır. O vaxtı təcrübəlilər daha çox idi, indi dinamik oyunçular daha çoxdur. Azarkeşlərin xoşuna gələn, topla, sürətli, çox maraqlı futbol oynayırlar. Diqqətimi çox cəlb etdi. Maraqlı oyun alınacaq. Çalışacağıq ki, azarkeşlər üçün gözəl, maraqlı futbol olsun. Meydana çıxan futbolçuların üzərinə çox məsuliyyət düşəcək”.