- Baxış sayı: 6
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 529
- Oktyabr 21, 2026
- 0

PSJ, “Monako” ilə matçdan əvvəl baş məşqçi Luis Enrike ilə müqavilənin uzadıldığını açıqlayıb.
Allsport.az xəbər verir ki, 56 yaşlı ispaniyalı mütəxəssislə parisilərin yeni sazişi 2030-cu ilə qədər nəzərdə tutulub.
Bundan başqa, klub beş oyunçu ilə müqaviləni yeniləyib: Lukas Beraldo (2031-ci ilə qədər), Vilyan Paço (2031-ci ilə qədər), Senni Mayulu (2031-ci ilə qədər), Joau Neves (2031-ci ilə qədər) və Fabian Ruis (2028-ci ilə qədər).
PSJ-də işlədiyi müddət ərzində Luis Enrike ardıcıl iki çempionlar liqası da daxil olmaqla 13 kubok qazanıb.