- Baxış sayı: 30
- 01 Sentyabr 2026 23:56
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

“Aston Villa” hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Birmingem təmsilçisi PSJ-nin cinah hücumçusu İbrahim Mbayeni heyətinə cəlb edib.
Birmingemlilər 18 yaşlı seneqallı vingerin keçidi üçün parislilərə 55 milyon avro ödəyib. Gənc oyunçu ilə bağlanan müqavilənin müddəti və detalları hələlik açıqlanmayıb.
Seneqal yığmasının da formasını geyinən Mbaye PSJ akademiyasının yetirməsidir. O, ötən mövsüm “qırmızı-göylər”in heyətində meydana çıxdığı 28 rəsmi oyunda 3 dəfə fərqlənib və 2 məhsuldar ötürmə müəllifi olub.