PSJ onun üçün “təhqiredici təklif” gözləyir

PSJ klubu, “Real”dan Kilian Mbappe üçün “təhqiredici təklif” edəcəyini gözləyir. Allsport.az saytı xəbər verir, Fransa təmsilçisi “qalaktikos”dan transfer pəncərəsinin sonunda hücumçu üçün “təhqiredici dərəcədə aşağı” təklif irəli sürməsini gözləyir.

“Kral klubu” bu yolla futbolçu almağa çalışdıqlarını göstərmək istəyir, lakin parislilər onu satmaqdan imtina ediblər.

İyulun 31-də hücumçunun PSJ ilə müqaviləni 2025-ci ilə qədər aktivləşdirmək üçün verilən müddət başa çatır. Mbappe fikrini dəyişməyib və müqaviləni yeniləmək niyyətində deyil.

Daha əvvəl “qırmızı-göylər”in Kilian üçün 250 milyon avroya yaxın təzminat istədiyi bildirilmişdi.

Həmin kateqoriyadan