“Qəbələ” doğma meydanda “Rəvan”a qalib gəlib

Bu gün Topaz Premyer Liqasında 30-cu tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Qəbələ” doğma meydanda “Rəvan”ı qəbul edib. Görüşdə uzun müddət qapılara qol vurulmayıb.

Amma 62-ci dəqiqədə “Rəvan”ın müdafiəçisi Saşa Yunisoğlunun meydandan qovulması meydan sahiblərinin təzyiqi artırması ilə nəticələnib. Məhz bunun məntiqi nəticəsi kimi matçın son 10 dəqiqəsində iki qol vuran qəbələlilər inamlı qələbəyə seviniblər – 2:0.

Həmin kateqoriyadan