“Qəbələ” “İnter”ə uduzdu, “Qarabağ” vahid lider oldu

Bu gün Topaz Premyer Liqasında 4-cü tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.

Turun açılış matçında “Kəpəz” doğma meydanda AzAL-la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri Juniorun erkən qolu sayəsində cari mövsümdə ilk qələbəyə seviniblər.

Daha sonra “İnter” “Qəbələ” ilə münasbətlərinə aydınlıq gətirib. Bu oyunda qonaqlar favorit göstərilsə də, Dieqo Martinsin dublu meydan sahiblərinin gözlənilməz qələbəsini rəsmiləşdirib.

İlk oyun gününün son matçında “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşıb.

Topaz Premyer Liqası
4-cü tur
12 sentyabr (şənbə)

“Kəpəz” – AzAL – 1:0 (1:0)
Qol: D.F.Junior, 28 (1:0).
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 10. Dario Federiko Junior, 7. Juninyo, 27. Bəxtiyar Soltanov, 19. Aleksandr Sitnik.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 15. Azad Kərimov, 9. Murad Ağakişiyev, 20. Məhərrəm Hüseynov, 80. Tural Rzayev, 21. Xəzə Qəribov.
Baş məşqçi: Şahin Diniyev.
AzAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 8. Seymur Əsədov (k), 14. İlqar Ələkbərov, 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 19. Məhəmməd Bədəlbəyli, 24. Emin Cəfərquliyev.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 20. İsmayıl İbrahimli, 22. Kamal Mirzəyev, 17. Elmin Çobanov, 11. Ruslan Nəsirli, 6. Tagim Novruzov, 28. Müşfiq Teymurov.
Məşqçi: Vadar Nuriyev.

“İnter” – “Qəbələ” – 2:1 (2:0)
Qollar: D.Martins, 9 (1:0). D.Martins, 29 (2:0). A.Antonov, 85 (2:1).
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Səlahət Ağayev (k), 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 15. Stepan Polyak, 18. Mənsur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 30. Abbas Hüseynov, 88. Abdulla Abatsiyev.
Baş məşqçi: Zaur Svanadze.
“Qəbələ”: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Sergey Zenyov, 10. Dodo (k), 15. Vitali Vernidub, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 8. Məhəmməd Mirzəbəyov, 17. Qismət Alıyev, 32. Fakundo Pereyra, 66. Samir Zərgərov, 70. Vaqif Cavadov, 88. Derlis Meza Kolli.
Baş məşqçi: Roman Qriqorçuk.

“Qarabağ” – “Xəzər Lənkəran” – 1:0 (0:0)
Qol: S.Armenteros, 73 (1:0).
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev.
Bakı. “Dalğa Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 9. Reynaldo, 10. Dani, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 23. Vladimir Dimitrovski, 29. Raydell Pupon, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 19. Azər Salahlı, 90. Samuel Armenteros, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 16. İbrahim Qədirzadə, 30. Kamal Dənziyev, 32. Zaman Mirzəzadə, 44. Yusif Həsənov, 96. Anar Babazadə.
Baş məşqçi: Yunis Hüseynov.

Turun digər oyunları: 13 sentyabr (19:00. “Sumqayıt” – “Zirə”, 21:00. “Rəvan” – “Neftçi”).

Həmin kateqoriyadan