“Qəbələ” Premyer Liqaya 23 futbolçu sifariş etdi

“Qəbələ” Topaz Premyer Liqasının yeni mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Allsport.az xəbər verir ki, bölgə klubunun sifariş vərəqəsində 23 futbolçunun adı yer alıb.

Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, on biri yarımmüdafiəçi, ikisi isə hücumçudur.

Qapıçılar: Andrey Popoviç, David Petrkeviç, Dmitri Bezotosnı;

Müdafiəçilər: Vitali Vernidub, Voyislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Rikardinyo, Rafael Santos, Ürfan Abbasov;

Yarımmüdafiəçilər: Vadim Abdullayev, Murad Musayev, Qismət Əliyev, Samir Zərgərov, Asif Məmmədov, Georgi Floresku, Aleksey Qay, Rəşad Sadiqov, Elvin Camalov, Cavid Hüseynov, Dodo;

Hücumçular: Sergey Zenyov, Aleksey Antonov.

Baş məşqçi: Roman Qriqorçuk.

Həmin kateqoriyadan