“Qəbələ” “Sumqayıt”ı son anda penaltidən vurduğu qolla yendi

Bu gün Topaz Premyer Liqasında 5-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada uzun müddət qapılara qol vurulmayıb. Amma əlavə vaxtda sumqayıtlıların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.

Topaz Premyer Liqası
5-ci tur
21 sentyabr

“Qəbələ” – “Sumqayıt” – 1:0 (0:0)
Qol: A.Qay, 90+2-pen. (1:0).
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev.
Qəbələ şəhər stadionu, 21:00.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 10. Dodo (k), 19. Aleksey Qay, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 7. Ermin Zets, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev, 88. Derlis Meza Kolli.
Baş məşqçi: Roman Qriqorçuk.
“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad–Azad, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.

Turun digər oyunları: AzAL – “İnter” – 0:1, “Zirə” – “Rəvan” – 2:1, “Kəpəz” – “Qarabağ” – 2:3, “Neftçi” – “Xəzər Lənkəran” – 1:1.

Həmin kateqoriyadan