“Qəbələ”nin idman direktoruna “Bröndbü”dən təklif

“Qəbələ”nin idman direktoru Toni Adams karyerasını Danimarkada davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, belə bir iddia ilə “Evening Standart” nəşri çıxış edib.

İngiltərə millisinin və London “Arsenal”ının canlı əfsanəsinin “Bröndbü” klubunun baş məşqçisi vəzifəsinə dəvət aldığı bildirilir.

Hətta tərəflər arasında bununla bağlı danışıqlar da olub. Amma böyük ehtimalla bu danışıqlar müsbət nəticələnməyəcək. Çünki Adamsın bu təklifi çox da isti qarşılamadığı qeyd olunur.

Həmin kateqoriyadan