- Baxış sayı: 125
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Qətər futbol federasiyası Asiya futbol konfederasiyasının (AFC) mövqeyi ilə bağlı açıqlama yayıb.
Allsport.az xəbər verir ki, federasiya rəhbərliyi qurumun regional futbol təşkilatı ilə həmrəyliyini şübhə altına saldığını bəyan edib:
“Konfederasiya üzvləri adından çıxış edərkən onların hamısının fikirlərinin nəzərə alındığına əmin olmaq istəyirik”.
Daha əvvəl AFC, FİFA prezidenti Canni İnfantinonun dünya çempionatlarının keçirilməsi hüquqlarını kommersiya qurumuna ötürmək təşəbbüsünə qarşı çıxıb.
İnfantino qitə konfederasiyalarının kəskin etirazından və Avropa yığmalarının dünya çempionatını boykot etməsi riskindən sonra bu layihədən geri çəkilməyə məcbur olub.