Qadın futbolçunu öpən federasiya prezidentinin anası aclığa başladı, xəstəxanaya yerləşdirildi

İspaniya kral futbol federasiyasının (RFEF) prezidenti Luis Rubialesin anası Anxeles Bexar səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Allsport.az saytı xəbər verir ki, o, ispaniyalı futbolçu Cennifer Ermoso ilə öpüşdükdən sonra tənqidlərə məruz qalan oğlunun ictimai qınağına etiraz olaraq, özünü kilsəyə bağlayıb və aclıq aksiyasına başlayıb. Rubiales emosiyalarını saxlaya bilməyib, qadınlardan ibarət millinin dünya çempionatında qələbəsini qeyd edib.

72 yaşlı qadın ayaqlarının şişməsi və güclü yorğunluqla xəstəxanaya yerləşdirilib. Bexar aclıq aksiyasının 3-cü günündə xəstəxanaya yerləşdirilib.

Həmin kateqoriyadan