Qadın karateçimiz 3 yarış dərəcəsində qızıl medallar qazanıb

Milli komandanın aparıcı karateçilərindən olan İrina Zaretska (68 kq) mötəbər “Banzai Cup”da 3 yarış dərəcəsinin qalibi olub.

Allsport.az saytı xəbər verir ki, bu il qadınların komanda mübrizəsində Avropa çempionu olan idmançımız 21 yaşadək gənclər və böyüklər arasında, həmçinin açıq çəki dərəsində qızıl medallar qazanıb.

Berlində keçirilən ənənəvi turnirdə 34 ölkədən 1302 idmançı iştirak edib. Milli komandamız həftəsonu Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının nüfuzlu Karate-1 Premyer Liqasında iştirak edəcək.

Həmin kateqoriyadan