- Baxış sayı: 188
- 08 Sentyabr 2026 21:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Aprelin 27-dən mayın 1-dək Bakıda AFFA-nın təşkilatçılığı ilə qadın məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun 2-ci mərhələsi keçiriləcək. Allsport.az xəbər verir ki, AFFA-nın Futbol akademiyasında təşkil olunacaq məşğələlərə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales rəhbərlik edəcək.