“Qala” darmadağinla başladı

Həftə sonu “Club Port Baku”nun idman zalında kişi basketbolçular arasında XXII Azərbaycan çempionatına start verilib. Allsport.az xəbər verir ki, ilk turda “Bakı”  – “Dərviş” –  (43:53) və AzTOP – “Baku Oilers” (59:53) qarşılaşmaları çox gərgin mübarizə şəraitində keçib.

Paytaxtın eyni adlı komandası oyun ərzində 20 xal qeri düşməsinə baxmayaraq, matçın 2-ci və 3-cü hissələrində əzmkər oyun göstərərək, hesab fərgini bir xala qədər azalda bilib. AzTOP ilk hissədə 15 xal qeridə qalmasınarəğmən, qalan vaxt ərzində qarşılaşmada dönüş yarada bilib.

Digər oyunlarda NTD – BDU-nu 74:45 hesabı ilə üstələyib. Son çempion “Qala” “Araz-Naxçıvan”ı böyük fərqlə məğlub edib – 97:20. Novbəti tur noyabrın 8-də keçiriləcək.
12.00: AzTOP – BDU
13.30: NTD –  “Bakı” BK
15.00: “Dərviş” – “Araz-Naxçıvan”
16.30: “Qala” – “Baku Oilers”

Həmin kateqoriyadan