Qalib ol və seçməyə dəvət al!

Ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan” gənclər və idman, eləcə də nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliklərinin, Azərbaycan kiberidman federasiyasının dəstəyi ilə ölkəmizin tarixində ən çox yüklənilən və istifadə edilən oyun – “PUBG Mobile” üzrə “squad” – seçmə komandanı müəyyənləşdirmək üçün yeni yarışa start verməyə hazırlaşır.

Allsport.az saytı xəbər verir ki, mükafatlar uğrunda 128-dən çox komanda mübarizə aparacaq. Hər turda 16 komanda bir-biri ilə qarşılaşacaq. Turnirin final mərhələsinə 16 komanda vəsiqə qazanacaq. Yarışda qalib olacaq komanda üzvləri ilə “Gaming League Azerbaijan” peşəkar müqavilə imzalayacaq.

2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya oyunlarının proqramına sınaq kimi daxil edilib.

Həmin kateqoriyadan